DÖRDLÜK

Beyni yuyulanlar haqqa qayıda, İçində vicdanı tapıb oyada. Allahın yolunda terror törədən, Allaha, Qurana, bundan nə fayda?! 01.11.2017

DÖRDLÜK

Tamaha öc verib çoxdan yapışan, Nəfsinə qul olub günlə çarpışan. Bir ömür həyatı çirkaba atıb Günaha, harama, aha qarişan. 31.10.2017

DÖRDLÜK

Ürək istəyənə əyilir ağıl, Hər dilək adama deyildir noğul. Doğulan həyatla çarpışmadadı, Hər insan taleyi bir ömür nağıl... 29.10.2017

DÖRDLÜK

İnsan çəkə bilmir ağrı yükünü, Axtarır dünənki çevikliyini. Çökdükcə üstünə həyat ağrısı İtirir ömrünə böyüklüyünü... 28.10.2017