Posted inŞeirlər Dördlük Can bədən içində ulduz işığı, Çünki kainatla var qarışığı.. Hər kəs özü cızır ömür cığırın Fəqət ölümüylə yox barışığı... 21.05.2018
Posted inŞeirlər DÖRDLÜK Ürəkdə qövr edir min bir duyğular, Duyğular doğurur sonsuz qayğılar. Ömür qaçaqaçda dayanan deyil, Həyatı qazanır yalnız ayığlar... 19.05.2018
Posted inŞeirlər DÖRDLÜK Ümidlər yağışın selinə bəzər Ürəyin titrəyən teliinə bənzər. Artırır könüldə həyat eşqini, Cana sığal çəkər, şövq ilə bəzər... 17.05.2018
Posted inŞeirlər EY ADAM İnsanlıqdan çıxana eyləmə ülfət, ey adam, Verər ruhuna sənin sağlamaz illət, ey adam. Hər kəsin beyninə çatmaz eləsin…