Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Genində yamanlıq olan bir kəsin, Heçnə qıra bilməz pislik həvəsin. Çirkli hava təki dolar boğaza, Ümidi olanın kəsər nəfəsin… 04.06.2018
.
Şərh üçün bağlıdır.