Вы просматриваете: Главная > Şeirlər > SƏNƏ OLAN SEVGİLƏRİM

SƏNƏ OLAN SEVGİLƏRİM

SƏNƏ OLAN SEVGİLƏRİM

Sənə olan sevgilərim solmayır,
Uçuşurlar qanad açan quş kimi,
Sənsizlikdə ömrüm-günüm olmayır,
Parlayırlar gözlərimdə yaş kimi.

Niyə mənim ürəyimə girmisən?
Ancaq məni öz yanıda görmürsən,
Sevdamıza gözəl çələg hörmüsən,
Düşüb qalıb qayalarda daş kimi.

Ağladırsan gözlərimi sevdana,
Nəyim varsa qanad açır ədana,
Burax məni nolar könül odana,
Görünməsin başqalara çaş kimi.
11.02.2012