JORJİKLƏR
(Fransızcadan çevirəndə
bizim dildə- Georgilər kimi başa düşülür.)
Özün qoyar dağ başına jorjiklər,
Bir bəladır öz başına jorjiklər.
Öz xalqına divanətək gülürlər,
Dindirəndə çox yuxardan gəlirlər,
Öz dilindən başqa hər dil bilirlər,
Nə ögeydi adətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Əsli-kökün yaxınına qoymayır,
Nizami kim, Füzuli kim duymayır,
Dahiyanə muğamata uymayır,
Ləkə olub hörmətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Yad ləhcədə danışmadan ötüşməz,
Şaxta vurmuş sünbül təki yetişməz,
Yurd qəlbində bir yaradır bitişməz,
Nə haraya, nə fəryada yetişməz,
Vurulub öz qamətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Özgə xalqla hər havaya oynayır,
Canbir olub qarışqatək qaynayır,
Qəlbi, qanı yad millətlə qaynayır,
Vallah, billah tale ilə oynayır,
Şükürlüdür qismətinə jorjiklər.
Necə yaddı millətinə jorjiklər.
Bilmir, onun bu Bətəndə özü nə?
Tarixi nə, alimi nə, sözü nə?
Öz elinə haram baxan gözü nə?
Bu torpaqda yaşamağa üzü nə?
Ortaq elin sərvətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Yurdam deyib ürəklərdə bitənin,
Hər ağrına, hər acına yetənin,
Yuxuda da bülbül təki ötənin,
Bu müqəddəs, bu qibləgah Vətənin,
Fərq qoymayır qiymətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Özü bilmir gedir hara bilməyir,
El yolunda dönüb xara bilməyir,
Gətiribdi xalqı zara bilməyir,
Bu yol onu çəkir dara bilməyir,
Vurulubdu xilqətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Baytının şirinliyin qanmayır,
Layla ilə, tar, kamanla yanmayır,
Bu Vətəndən olduğun da danmayır,
Kimliyini bircə kərə anmayır,
Səbəb olar illətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Adlarını yad xalqlardan götürür,
Uşağından nəvəsinə ötürür,
Nəsilinin keçmişini bitirir,
Dədəsinin kimliyini itirir,
Yağıdır soy nemətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Soruşanda azəriyik deyirlər,
Azərinin qəddin yaytək əyirlər,
Dili bizdən, qanı bizdən deyillər,
Əcnəbinin önündə baş əyirlər,
Damğa vurur qeyrətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Qürbət təki yaşayır öz elində,
Şair, alim, dahi olmaq əlində,
El duyğusu vurmaz ürək telində,
Əcnəbilər ürəyində, dilində,
Əhsən deyər vüsətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Xalq içində tanınır bir yad təki,
Batıb qalıb buz içində od təki,
Ağızlardan qopub düşər dad təki,
İçimizdə haray, fəryad, dad təki,
Səbəb Tanrı heyrətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Öz dilindən, öz dinindən dönəndi,
Yad ölkədə ulduz olub sönəndi,
Ağız açıb yad havada dinəndi,
Zirvələrdən ayaqlara enəndi,
Necə babdı xislətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Elitayıq deyirlər bu millətə,
Çatdırırıq onun adın şöhrətə,
Ay adamlar, minnətə bax, minnətə,
Salmaz özün heç çətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Haykanuşlar canlarına yar olub,
Doğduqları yurd başına dar olub,
Lap haylarla canbir olmaq car olub,
Əllərindən cümlə-Vətən xar olub,
Sadiq olub öz xəttinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Xaçpərəstin ayağına düşəndi,
Cazı, repi sümüyünə düşəndi,
Xalqın ruhu ürəyini deşəndi,
Bu üzlərdən Allah özü üşəndi,
Uyub şeytan ülfətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər.
Ay camaat, qınamayın siz məni,
Yandırıbdı gördüyünə göz məni,
Alışdırır ürəyimdə köz məni,
Gəldi dilə qoymaz rahət söz məni,
Sığışmaz heç el bətinə jorjiklər,
Necə yaddı millətinə jorjiklər…
15.05.2001
Şirin xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.