Söylədiyin nə idisə, qayıtdı könlümə dəydi,
Qışın soyuq məqamında, kədər meyvələri dəydi.
İsitmədi ürəyimi baxışların qar yağışı,
And verirəm Yaradana döndər üzümdən baxışı!
Buna sevgi deyirsənsə, bu sevginin adı zəhər,
Kilidlənib boğazımda bəhrəsini verir qəhər.
Çox yuxarı qalxma barı, göylər səni qəbul etməz,
Nə varsa var ağlında, onu hislərin böyütməz.
İnsan olmağın yükünü hər doğulan çəkə bilmir,
Ürəyinə insanlığın doğmalığın bükə bilmir.
Söylənilən hər kəlmənin quludur dilin sahibi,
Dildən yanlış qopdusa söz, batıracaq sözün dibi…
Hər adam da öz sözünün ağası ola bilməyir,
Ürəklərdən qopub düşür orada qala bilməyir.
Şadimanın xatirində suallardı cavabı yox,
Ağrı acını doğuran hər addımın hesabı yox.
Törətdiyin xətaların sənə gələn yolu əydi,
Söylədiyin nə idisə qayıtdı könlümə dəydi.
24.01.2026