ÜZEYİR ELİMİZİN DAHİSİDİR

(Dahi Üzeyir Hacıbəylinin
əziz xatirəsinə)
Yazdı ilk operanı – ad elədi,
«Leyli-Məcnun» ilə fəryad elədi,
O böyük Füzulini yad elədi,
Şərqdə musiqini abad elədi,
Operanı yurda övlad elədi,
Bu elmdə neçə ustad elədi,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
Bəllidür aləmə bəyzadəliyi,
Bəy ola-ola elə sadəliyi,
İstiqlal yolunda azədəliyi,
Ziyalı ad-sanına zadəliyi,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
Yayılıb hər tərəfə uca adı,
Arşın-Malalan, Məşədi İbadı,
Necə heyrətdə qoyub dostu, yadı,
Ucaldır sənəti bu pak ustadı,
Üzeyir elimizin dahisidir,
Müsiqi elmimizin dahisidir.
O böyük el yazarın işığı var,
Neçə min cümlə-cahan aşığı var,
Ona kəm baxanın yad qarşığı var!
Onun dürr sənətinin yaraşığı var,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
O Milli himni-inqilab elədi,
Çökdü istiqlal-iztirab elədi,
«Koroğlu»-«Cəngi» haqqısab elədi,
Bu kimi ağrılara tab elədi,
Ürəyin əzaba hesab elədi,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
Şərqdə ilk operanın banisidi,
Bu adı danan elin canisidi,
Onun etdikləri yurdun bəsidi,
O Böyük Rəbbinin divanəsidi,
Məhəbbətin elə pərvanəsidi,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
Bu adın şöləsi-Qarabağımız,
Xarıbülbüllü – Şuşalı çağımız,
İndi əsir olalı qəlb dağımız,
Musiqi beşiyidür sorağımız,
Nətəvan ruhuna – quldu ağımız,
Şuşaya sancılmasa bayrağımız,
Əbədi yanmayacaq çırağımız,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
O böyük ziyaya izzət eləyək,
Adının eşqinə hörmət eləyək,
Nə ki, min cövrlə minnət eləyək,
Bu ulu dahini zinnət eləyək,
Ona xor baxana – lənət eləyək,
Haqqını qorumağa – qət eləyək,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
Şadiman, çəkmə belə ağrı-acı,
O böyük sənətkarın başda tacı,
Onun ilhamının Rəbbdən xəracı,
Bunu hər kimsə danır qəlbə acı,
Onun ağlındadı şeytanın ucu,
Hər iki dünyada yoxdu əlacı,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
27.01.2008