GÜNEY EŞQİ

Güney eşqi ürəklərdə çıraqtək yanan,

Öz yurdunu amalından ucada sanan,

Bu sevgidir axıb gəlir soy-kökdən, qannan,

Bu sevginin hüzurunda göytək dolum mən,

Sizi doğan analara qurban olum mən.

 

Yağı düşmən nərənizdən qaçıb itəcək,

Bu çaxnaşma, bu savaşma gec-tez bitəcək,

Qan-qadalı günləriniz sistək ötəcək,

Azadlığı sorağını qalxın, alım mən,

Sizi doğan analara qurban olum mən.

 

İstıqlalı xonçalarda heç kim almayır!

Bu dünyaya gələn gedir, kimsə qalmayır,

Məğlublara heç bir qanun nəzər salmayır…

Bulud təki qeyzlənib qoymun dolum mən,

Sizi doğan analara qurban olum mən.

 

Bu zəfərin havasıdır Təbrizdən gəlir,

Mərənd odu ürəyimi günbəgün dəlir…

Qulağıma uca Bəzzdən haray yüksəlir,

Çıxım Bəzzin qalasına orda qalım mən,

Sizi doğan analara qurban olum mən.

 

Ümidimiz sinəmizdə qarıyıb gedir,

Urmu gölü yavaş-yavaş quruyub gedir,

Yarasına duz basaraq sarıyıb gedir,

Ona hardan çarə edən təbib bulum mən?!

Sizi doğan analara qurban olum mən.

 

Biz mərhəmət havasıyla çox yaxdıq canı,

Düşmənlərin hiyləsinə axıtdıq qanı,

Babəkimin ruhu gəlir, Bəzzə yol hanı?!

Ruhun cana həkk olunub neynim ulum mən?!

Sizi doğan analara qurban olum mən.

 

Anla Vətən, Qacarların zamanı keçib,

Yüz ildir ki, paytaxt Tehran fars yolu seçib,

İçinizdə arzuları bəs niyə biçib?!

Qəlbimzə axır sisi qoymun solum mən,

Sizi doğan analara qurban olum mən.

 

Şadimanı aldı çaxdı dərdiniz yerə,

Yer yarıldı diləklərin uddu min dərə,

Öz cibini düşünməkdə əfsus ki, hərə,

Güneyimə Araz boyu gedən yolum mən,

Sizi doğan analara qurban olum mən.

23.06.2025 Qusar