Вы просматриваете: Главная > Məqalələr > Arye Qut

Arye Qut

Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova
Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var idi. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışırdı.
İsrailli müəlliflər ata və oğul , Əmir və Arye Qut bədii-sənədli “AĞRI” romanında Xocalıda törədilmiş dəhşətli kütləvi qırğın barədə söhbət açıblar. “AĞRI” romanının müəllifləri bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtıblar. Müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir ediblər. Müəlliflər ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya – öz əzəli torpaqlarını müdafiə etməyə ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətləri barədə dünyaya xəbərdarlıq ediblər.
Məlumata görə bir il öncə isə “Ağrı” romanı İsraildə rus dilində nəşr olunmuşdu. Kitabın ilk nüsxəsi V Bakı Humanitar Forumu zamanı “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilmişdi. “Ağrı” bədii-sənədli roman artıq rus, ingilis və italyan dillərində çapdan çıxıb. Arye Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib. Arye Qut Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.
Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri idi. Arye Qut İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı idi.Vaxtı ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisi idi.
2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirdi. 20 sentyabr 2022-ci ildə xərçəng xəstəliyindən vəfat etdi. Azərbaycanın böyük dostu Arye Qutun vaxtsız vəfatına dərindən kədərləndim, Allah yaxınlarına səbir versin, ruhu şad olsun!