Вы просматриваете: Главная > Şeirlər > XİLASA APARIN BİZİ  

XİLASA APARIN BİZİ  

Bütün dünyamızın gözü sizdədir,

İnsanın taleyi nəbzinizdədir,

Loğmanlıq, təbiblik təbinizdədir,

Allahım qorusun sizi, həkimlər,

Xilasa aparın bizi, həkimlər.

 

Bilmirəm dünyada nədir baş verən?!

Könüllər çalxadan, ürəklər gərən,

Tapılmaz əlacın nüvəsin görən,

Səpin ürəklərə közü, həkimlər,

Xilasa aparın bizi, həkimlər.

 

Dəyişib cahanın daha havası,

Hər kəsin loğmanı olub yuvası…

Gedir hər can içrə yaşam davası,

Bir damla ümidin özü, həkimlər,

Xilasa aparın bizi, həkimlər.

 

Tibbə həyatını fəda edənlər,

İnsanlıq eşqinə sevda edənlər,

Ömrə loğmanlığın qida edənlər,

Hər canda yaşamın izi həkimlər,

Xilasa aparın bizi, həkimlər.

 

Canımız düşəndə dərdü-bəlaya,

Yetirsiz haraya, çatırsız haya,

Şahidsiz ağrıdan dikələn vaya,

Həyatın şəfqətli üzü həkimlər.

Xilasa aparın bizi, həkimlər.

 

Uhandan sıçradı Koronavirus,

Yapışdı yolunda durana virus,

Yapışa tələni qurana virus,

Oldu dilinizin sözü həkimlər,

Xilasa aparın bizi, həkimlər.

 

Bu virus zəhər-mar Çindən yayıldı,

Gözlər alcalandı, qəlblər oyuldu,
Evdən çıxmamıza qadağa oldu…

Sizdədir bu sirrin düzü, həkimlər…

Xilasa aparın bizi, həkimlər.

 

Həyat yağmalanıb, qaralıb günü,

Koronavirus salıb bəxtə düyünü,

Əfsus ölü sayı ötüb yüz mini…

Sağaldın minləri, yüzü, həkimlər,

Xilasa aparın bizi həkimlər.

 

Kürə elan etdi Pandemiyanı,

Dolaşdı virusun sözü hər yanı,

Götürdü ağzına mərəz dünyanı,

Qatlanıb dünyanın dizi, həkimlər,

Xilasa aparın bizi, həkimlər.

 

Şadiman canına sığınıb qalıb,

Canı qəh-qəh çəkir uğunub qalıb,

Fikirin qoşunu dağınıb qalıb,

Dolaşır dərəni, düzü həkimlər,

Xilasa aparın bizi, həkimlər.

10.04.2020

 

 

 

 

 

Şərh üçün bağlıdır.