Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Günün sehrinə düşsən qəlbi alıb aparar, Gün qəlb sehrinə düşsə içdə tufan qoparar. Süküt burulğanında qapandıqca özünə, Dəli-dolu hisləri ağıl tutub toparar. 07.12.2019
Şərh üçün bağlıdır.