Вы просматриваете: Главная > Şeirlər > ELÇİBƏY

ELÇİBƏY

(Vətən aşiqi Əbülfəz Elçibəyə ithaf…
Ruhun şad olsun Vətən fədaisi)

Can­dan ar­tıq sev­din yur­du, Və­tə­ni,
Ka­ma çat­dın is­tiq­la­la ye­tə­ni,
Fə­lək nə tez ruh­suz qoy­du o tə­ni?
Hə­ya­tı­nı haq­qa ver­din, El­çi­bəy,
Bu tor­pa­ğa sən ki, ər­din, El­çi­bəy.

Ürə­yin­də Və­tən eş­qi gur­la­dı,
Ocaq ol­du, atəş ol­du qor­la­dı,
Mil­lət ne­cə unu­dar o pak adı?
Sən ki, və­tən da­şı idin, El­çi­bəy.
Yurdun Vətədaşı idin, El­çi­bəy.

Kim gör­mə­di fə­lək tar­pa­ta­pı­nı?
Vaxtsız ölüm nə tez döy­dü qa­pı­nı?
Qır­dı qə­fil öm­rün ta­le sa­pı­nı!…
Bu get­mə­yin zü­lüm ol­du, El­çi­bəy.
Bu nə müd­hiş ölüm ol­du, El­çi­bəy?

İm­per­ya­ya ha­mı bo­yun əyən­də,
Kö­lə­li­yin önün­də qədd əyən­də,
Bu əzab­lar ürə­yi­nə də­yən­də,
Yan­dı kök­sün için-için, El­çi­bəy,
Fə­lək qır­dı öm­rü ne­çin, El­çi­bəy?

Bu yur­du­nu Kə‘­bə bil­din qəl­bi­nə,
Yurd da­na­nın vü­qa­rı nə, qəl­bi nə?
Zü­lüm ba­sıb haq­qı çox­dan qəl­bi­nə,
İş­ğal altda qal­dı Və­tən, El­çi­bəy,
Bu dərdlər­dən əri­di tən, El­çi­bəy.

Bu­laq tə­ki tə­miz idi ürə­yin,
Həm is­tiq­lal, həm əda­lət di­rə­yin,
Ha­lal­lıq­la yuğ­rul­muş­du çö­rə­yin,
Ey Və­tə­nin qa­dir oğ­lu, El­çi­bəy,
Bu tor­pa­ğın na­dir oğ­lu, El­çi­bəy.

Elə tə­nə edib sə­ni əy­di­lər,
Haq­sız ye­rə ürə­yi­nə dəy­di­lər,
Kim çar­pış­dı, kim­lər özün öy­dü­lər?
Haq­qa ca­nı fə­da et­din, El­çi­bəy,
O dün­ya­da haq­qa yet­din, El­çi­bəy.

Söz gö­tür­dün yo­lun üs­tə ötən­dən,
Ürə­yin­də dər­də dö­nüb bi­tən­dən,
Sən ni­ga­ran get­din yurddan, Və­tən­dən,
İn­di ru­hun özün üzər, El­çi­bəy,
Ba­şı­mı­zın üs­tə gə­zər, El­çi­bəy.

Mə­za­rı­nı Azər­bay­can qu­caq­lar,
Bu ölü­mə için-için göz ağ­lar,
Çək­di fə­lək dağ üs­tü­nə çox dağ­lar…!
Ta­rix ol­du adın, sa­nın, El­çi­bəy,
Qəl­bi­miz­lə vu­rar ca­nın, El­çi­bəy.

Bay­ra­ğı­mız Məm­mə­d Ə­min ama­cı,
Hi­m­ni­miz is­tiq­la­lın baş ta­cı,
On­la­rı da sən­siz gör­mək çox acı,
Tə­ki Və­tən öl­məz ol­sun, El­çi­bəy,
Mə­zar evin nur­la dol­sun, El­çi­bəy,
Mə­zar evin nur­la dol­sun, El­çi­bəy.

Şirinxanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.