Вы просматриваете: Главная > Şeirlər > GÜNAY

GÜNAY

YAMAN TƏLATÜMƏ GƏTİRDİN MƏNİ
Günay Novruza

Yaman təlatümə gətirdin məni,
Könlümü çalxatdın, Günay, ay Günay.
Əngin üfüqlərdə bitirdin məni,
Ruhumu oynatdın, Günay, ay Günay.

Xızı Dağlarının vüqarı səndə,
Zirvə qucaqlayan ilqarı səndə,
Görmədim heç zaman ah-zarı səndə,
Qəlbə sevinc çatdın, Günay, ay Günay.

Sən harda görünsən orda günəş var,
Sönən ocaqlara alov, atəş var,
Üzünün gülüşü kədəri qovar,
Nə haraya çatdın Günay, ay Günay.

Ruha həyat verən zaman kimisən,
Haqqa qapı açan iman kimisən,
Eşqlə can arası peyman kimisən,
Bəlkə sən həyatdın, Günay, ay Günay.

Dağlar çeşməsitək çağladın keçdin,
Onun saflığından doyunca içdin,
Qəlbimi özünə bağladın keçdin,
Ora şəkər qatdın, Günay, ay Günay.

Gəl bir Şadimanın ara halını,
Qoy misraya düzsün öz əhvalını,
Bir içim su saydın dünya malını,
Onu başdan atdın, Günay, ay Günay.
30.11.2012