Apr
01
Həyat hər kəsə işıqdı,
İşığımız sozalmasın,
Sevmək könlə yaraşıqdı,
Ürəklərdən azalmasın.
Öc verməyək qaranlığa.
Can atmayaq viranlığa,
Eşq lazımdır insanlığa,
Nifrət qəlbləri almasın.
Bir-birinə can deyəyin,
Köklənsin ülfətə beyin,
Zinətiyik yerin-göyün,
Can yürüməkdən qalmasın.
Tələsməyək ölümmüzə,
Şəkər qataq dilimizə,
İşıq saçaq könlümüzə,
Qəm orda yuva salmasın.
Sevgimiz dərdə enməsin,
Dil dediyindən dönməsin,
Həyat şamımız sönməsin,
Zamandan dala qalmasın.
Arzumuza açar olaq,
Amalımızla car olaq,
Ömürlə birgə var olaq,
Heç kəs vaxtsız qocalmasın!
Şadimanın ruhu çıraq,
Aləmlərdən veirir soraq,
Sözə qucaq açır varaq,
Ruhum necə ucalmasın?!
01.04.2017