ŞANLI ORDUM
Yurdumuzda azğın yağı,
Vurur bizə sinə dağı,
Qoy kəsilsin dildən ağı,
Silahından çəkmə əli,
Şanlı ordum, get irəli!
Namusumuz sənə bağlı,
Qurd ürəklim, işlət ağlı,
Düşmən qorxaq, dili yağlı,
Türk ruhlusan adın bəllli,
Şanlı ordum, get irəli!
Yağı dövran sürdü bəsdi,
Təslimçilik nəfəs kəsdi,
Bitsin daha işğal qəsdi,
Qap bayrağı, qaldır eli,
Şanlı ordum, get irəli!
Pənahabad küsüb bizdən,
Ümidini kəsib bizdən,
Türk adımız düşüb gözdən,
İnləməsin qopuz teli,
Şanlı ordum, get irəli!
Sən Xaqanlar nəsilisən,
Sənə bağlı Vətən, bil,sən!
Dədələrin vurub, kəsən,
Qoy bükülsün düşmən beli,
Şanlı ordum, get irəli!
Boyunuza özüm qurban,
Vətən varsa sevir qurban,
Azərbaycan müqəddəs can,
Qələbəyə sal bu ili!
Şanlı ordum, get irəli!
Şadimandan qopsun bu ah,
Qələbəylə gəlsin sabah,
Yağı vurmaq deyil günah,
Düşməninin car əməli,
Şanlı ordum, get irəli!
Şanlı ordum, get irəli!
04.04.2016
Şirin Xanım Kərimbəyli Şadiman