Вы просматриваете: Главная > Şeirlər > SƏCDƏ NƏ GƏRƏK…

SƏCDƏ NƏ GƏRƏK…

SƏCDƏ NƏ GƏRƏK HƏR BÜTƏ
ALLAH OLAN YERDƏ?

Səcdə nə gərək hər bütə Allah olan yerdə?
Rəbdən nə xilas insana günah olan yerdə?

Bulmaz bir əlac ağrıya heç bir dəva-dərman,
Loğman nə edər ürəyə min ah olan yerdə?

Zülmət bürüsün göylərə qapqarə çadırın,
Qarə gecəyə bir nurlu sabah olan yerdə.

Kim eşqi və əhlini sayar şeytana qulluq?
Allahı buyuran kəbin-nigah olan yerdə.

İnsana səcdə eləyən bilmir, bu xətadır,
Tanrı evi adəmə səcdəgah olan yerdə.

Səbir edən, nicata çatar, deyirlər nahaq,
Heç kəs səbir etməsin zülümgah olan yerdə.

Qoy çırpmasın ələm özünü daşə, divarə,
Bu Şadimanın bağrı nişangah olan yerdə.
28.01.2007

Şirin Xanım Kərimbəyli Şadiman