ŞƏHİDLƏR XİYABANI

Əsarətinə üsyan dünyanın qəm adası, Nakam olmuş canların şəhid ruhlar odası, Zəncirləri qırılmış Vətənin qan-qadası, Şəhidlər Xiyabanı! Gözü yaşlı analar saçın yolur…

DÖRDLÜK

Kainat qoruyur suyu, torpağı, Onun canımızdan gəlir sorağı. Şərin dolaşdığı bu yer üzündə, Hər yerdə görünür şeytan barmağı! 06.01.2022    

DÖRDLÜK

Yaxşı da, yaman da adamdan keçir, İnsan ürəyindən ömür su içir. Kainatın sirri bağlı sandıqdır, Zaman dayanmadan anları biçir. 04.01.2022