DÖRDLÜK

Qoru hər bir zaman ürək sirrini, Söyləsən uçurar dil qəsirini. Özgələr ağzına düşüb qalarsan, Xilas etmək olmur söz əsirini... 07.06.2018

DÖRDLÜK

Genində yamanlıq olan bir kəsin, Heçnə qıra bilməz pislik həvəsin. Çirkli hava təki dolar boğaza, Ümidi olanın kəsər nəfəsin... 04.06.2018 .