DÖRDLÜK

Coşmaq istəyirsən, deyirlər, Xəzər, Sənin coşğunluğun canımda gəzər. Tufanın, sükutun tanışdır mənə, Ümidsiz canlardan eyləmə həzər!... 16.01.2019

DÖRDLÜK

Ömrü dərya bilib üzən adamlar, Bir-birin ağrıyla üzən adamlar. Hər zaman önündə haqqı qul bilib Haqqın boğazını üzən adamlar... 15.01.2019

Məzlumun harayı zalıma çatmaz, Yatmış vicdanını fəryad oyatmaz... 13.01.2019