DÖRDLÜK

Ölümdən betərdi inamı qırmaq, Ağrılar içində könlü qovurmaq. Heç kəsin iç üzü bəlli deyildir, Nə lazım yetənə ömrü sovurmaq?!... 04.05.2019

DÖRDLÜK

Həyat necə gözəldi, bunu duyanlar bilir, Diləklərin uğruna imza qoyanlar bilir. Ömür cana əmanət, sona qədər anlayıb onun dəqiqəsini barat sayanlar bilir...…

DAMĞALAYIRLAR

Naqislik dünyada dövran sulayır, Pislik yalquzaq tək qəlb-qəlb ulayır, Axıdılan qanlar haqqı bulayır, Vicdan deyə-deyə yağmalayırlar, Vicdanın özünü damğalayırlar.   Pulla həqiqəti…

AY FORMULA

  Görürəm ki, vurulmusan Bakıya, Aşiq olub sarılmısan Bakıya. Oynu-moynu sırımısan Bakıya, Çək kefini doyunca, ay Formula, Xod gedirsən yamanca ay Formula.…