DÖRDLÜK

Yaxşı da, yaman da adamdan keçir, İnsan ürəyindən ömür su içir. Kainatın sirri bağlı sandıqdır, Zaman dayanmadan anları biçir. 04.01.2022

DÖRDLÜK

Yeni il, gəlirsən haqq qapısın aç, Düşmənin bağrında min bir yara aç. Sübhümüz ayılsın xoş xəbərlərə, Günəştək göylərdə, yerlərdə nur saç!!! 31.12.2021

DEYİM

Baş ürəkdən yuxarı, Əl çatmayır Yuxarı. Hamıya bir ömürdür, Heç kəs bilmir axırı!... 17.12.2021

DEYIM

Şeytanlar meydan sulayır, İçimdəki qurd ulayır. Hamı özün sayır insan, Basıbdı dünyanı çayır!... 10.11.2021