DÖRDLÜK

Ürəyə düşəndən qopmaq olmayır, Ağrısı dərd verir sapmaq olmayır. Həsrət ürəyinə düşür daş kimi, Heç yerdə rahatlıq tapmaq olmayır... 27.10.2017

DÖRDLÜK

Qovrulur bu dünya ağrı içində, Çırpınır xeyir-şər bağrı içində. Qana-qan deyənlər meydan sulayır, Haqqı tapdalanan sorğu içində!... 27.10.2017

DÖRDLÜK

Dəyərin ölçülmür heç nəylə ürək, İçini ağriya tuş edir dilək. Sənə cəfa verən ömrün illərin, Qatıb qabağına aparır fələk. 27.10.2017