DÖRDLÜK

Ağrıya, acıya əyilən həyat, Ömrümlə bir yerdə üyülən həyat. İçib sərxoş olub qəm qədəhindən, Dərdimin əliylə döyülən həyat... 10.11.2017

RUHUMU SILKƏLƏYƏN PAYIZ

  Ruhumu silkələyən, varlığımı ələkləyən könlümə qəm ələyən payız, Canıma niskilini bələyən payız. Buludların axıtdığı göz yaşları, Ruhumun ağrısını yuyur, Qəlbimdə uşaq…

DÖRDLÜK

Günlər həyatımdan uçur quş kimi, Ömrümdən ayrılır qurtuluş kimi. Ayrılıq havası çalır anlarım, Baxır varlığıma atılmış kimi... 01.11.2017

DÖRDLÜK

Beyni yuyulanlar haqqa qayıda, İçində vicdanı tapıb oyada. Allahın yolunda terror törədən, Allaha, Qurana, bundan nə fayda?! 01.11.2017