İKİLİK

Günün statusu İnsan doğulandan kimdirsə odur, Ağıl da, hislər də genlərə quldur... 28.03.2018

DÖRDLÜK

Əyilmə haqqını ayaqlayana, Hasartək qarşını kəsib dayana. Sən də doğulmusan xoş həyat üçün, Gözləmə nankorda vicdan oyana!   07.04.2018 Şirinxanım Kərimbəyli ŞADİMAN

DÖRDLÜK

Ağrıdan, əzabdan sıxılan dünya, Namərdlər əlində yıxılan dünya. Sənin də ipinin ucu göylərdə, Açılan gülləyə taxılan dünya...   05.04.2018 Şirinxanım Kərimbəyli ŞADİMAN