KİMƏ NƏ

  Dərdlərimin hesabı da çözülməz, Çarə tapmaz loğmanı yox, kimə nə? Qəmin əli ətəyimdən üzülməz, Bir xoş gələn zamanım yox, kimə nə?…

DÖRDLÜK

Ağrını ürəyə çəkdirən başım, Səni çalxatmırmı canda təlaşım? Sən dərdə açdıqca könül qapısın, Söylə neçə dəfə mən qarşılaşım?! 12.04.2018