Posted inŞeirlər DÖRDLÜK Yeni il, gəlirsən haqq qapısın aç, Düşmənin bağrında min bir yara aç. Sübhümüz ayılsın xoş xəbərlərə, Günəştək göylərdə, yerlərdə nur saç!!! 31.12.2021
Posted inDediklərim Deyim Heç vaxt səhvsiz insan olmaz, Həyat yolu asan olmaz. Min zəhmətlə qazandığın, Hər yetənə ehsan olmaz!... 26.12.2021
Posted inDediklərim DÖRDLÜK İnsanın kimliyi gözdə dolaşar, Ürək fəqan edər, ağıl vuruşar. Həyatın zəhəri şərbətindən çox, Hər kəs bacardığı bir ömür yaşar!... 20.12.2021
Posted inŞeirlər DEYİM Baş ürəkdən yuxarı, Əl çatmayır Yuxarı. Hamıya bir ömürdür, Heç kəs bilmir axırı!... 17.12.2021