Posted inŞeirlər DÖRDLÜK Qaynayan qazana bənzəyir dünya, Özün göz yaşıyla bəzəyir dünya. Hər şeydə günahkar bəndə əhlidir, Odur ki, günbəgün öləziyir dünya 17.08.2024
Posted inŞeirlər DÖRDLÜK Yaşadığın günlərin enerjisin anlasan, Niyə nail olduğun bilinərdi çox asan. Həyatın dəftərində yazılanlar solmayır, Sən bu yazılanların özün ustadı olsan. 10.08.2024
Posted inŞeirlər DÖRDLÜK Səhərin gəlişi könlə yar olsun, Haqqa səcdə edən daim var olsun. Səhvə yükləməyək ömrün günlərin, Səhvə gedən yollar ömrə dar olsun! 21.07.2024…
Posted inŞeirlər DÖRDLÜK Tutma həqiqətin üzünə pərdə, Qəfildən düşərsən sağalmaz dərdə. Həyat dediyimiz min bir imtahan, Qoruyub saxlamır heç kəsi əldə. 08.07.2024