Posted inŞeirlər DÖRDLÜK DÖRDLÜK Bir könül sızlayır sinə içində, Dərdimin ağrısı sına içində. Mənim məhəbbətim düşüb qəlbinə, Nə qədər istəsən sına içində. 03.05.2016
Posted inŞeirlər DÖRDLÜK DÖRDLÜK Axır nəfəsdəyəm, ruhum havada, Qalmışam bədənlə qanlı davada. Sənsiz xəzan gəlib xəzəl olmuşam, Uçur, qalmayacaq canım yuvada! 03.05.2016
Posted inŞeirlər DÖRDLÜK DÖRDLÜK Sən könül içində diləyim kimi, Özümdən qiymətli gərəyim kimi. Ruhumda, qəlbimdə, yaddaşımdasan, Sən mənə lazımsan ürəyim kimi... 03.05.2016
Posted inŞeirlər VƏTƏN VƏTƏN Bir içim suyumsan, bir udum havam, Dilimdən göylərə ucalan duam, Köksümü sığdığım ən isti yuvam, Ruhum ağuşunda bülbültək ötən, Sənsiz…