DÖRDLÜK

Köhnəlik içində yatıb qalanlar, Filin qulağında yatıb qalanlar, Gerilik açardır fəlakətlərə- Tarix yaddaşına çökür olanlar. 19.04.2017

DÖRDLÜK

İnsanın beyini özütək sirli, Xeyrə köklənəndə əməli dürlü. Könlünü açanda şər qapısına, Etdiyi əməllər dünyaya kirli... 19.04.2017

DÖRDLÜK

Əgər öz dəyərin bilməsə insan, Edəcək ömrünü zamana ehsan. Hər bəxtə nur vermir həyat çırağı, Yaşamaq, yaşatmaq deyildir asan! 19.04.2017

DÖRDLÜK

İlahi, hər uşaq dünya mələyi, Axı xəstəliyə dözmür ürəyi. Qıyma heç bir yavru yatağa düşsün, Gözündə qalmasın arzu, diləyi... 18.04.2017