DÖRDLÜK

Ürək ağrıyanda canı incidir, Bədənin içində can birincidir. Dünyanı nə qədər tərsə çevirsə, Yenə də dünyaya insan incidir... 13.09.2018

İKİLİK

Ömür güzgüsünə bax gör özünü, Gizlədə bilməzsən heç vaxt üzünü... 11.08.2018

Bayatı

Yuxu gətirən xoş hava, Edir ruhuma dua. Əsəbləri oxşayır, Siğindiğim bu yuva... 10.08.2018

DÖRDLÜK

Yaxşılığın sındırdılar belini, Bağladılar kəndir ilə dilini... Tonqal çatıb yandırdılar içində Sovurdular sonra qalmış külünü... 19.07.2018