Вы просматриваете: Главная >Архив для İyul 24th, 2022

RUHUMU GÖYLƏRƏ APARAN YAĞIŞ

Məni bu dünyadan qoparan yağış, Ruhumu göylərə aparan yağış. Yenə dolub könlüm bulud sayağı, Səndəmi tapmışam cana dayağı? Dəyə bilməz qəlbə şərin ayağı, Var sinə içində dağ-aran yağış, Ruhumu göylərə aparan yağış. Dolub boşalıram mən də sənintək, Gəl tut əllərimdən aləmə yetək, Göyün ahənginə damlalar tütək, Alışan sinəmə var çaran yağış, Ruhumu göylərə aparan yağış. […]