ŞÜKÜR SƏNƏ, ALLAHIM Zülmətin qoluzorlu, Sübhün gözləri nurlu, Aləm necə qürurlu? Günəşdən zər saçılır, Qaranlıqlar qaçılır, Yenə səhər açılır, Göydə, yerdə tək şahım, Şükür sənə, Allahım. *** Sevda dolu ürəyim, Coşur min bir diləyim. Hara büküm-bələyim? Yandırıb nəfəsimi, Qırıram qəfəsimi, Təbdən qopan səsimi, Etmədin sinə ahım, Şükür sənə, Allahım. *** Ağlımın can yuvası, Başda sevgi […]
Gəlib keçən aylarına qul oldum, Ömür adlı əmanətin tutmadı. Dərdin gəldi, ayağına yol oldum, Zülmün ilə mərhəmətim tutmadı. Ürəyimin başın açıb buraxdım, Yollarına həsrətiylə çox baxdım, Şimşək təki göylərində mən çaxdım, Tufanınla əzəmətim tutmadı. Zamanınla necə tutdum qurşağı, Məni çırpdı təpəsindən aşağı, Sandın qəlbi dilbilməz ev uşağı, Gedişinlə kəramətim tutmadı. Səadətin gəlib keçdi yanımdan, Əzabların […]
Ürəyimə qor toxuyur, Gözü yaman tor toxuyur. Görə-görə kor toxuyur, Səadətdən çıxır məni, Dünya yaman sıxır məni. Diri-diri canı alır, Cəhənnəmə tutub salır, Yenə elə mənlə qalır, Hər sıxanda yıxır məni, Dünya yaman sıxır məni. Zərbi min bir daş sındırır, Gözlərimdə yaş sındırır, Daşın atır baş sındırır, Edib qəmə axır məni, Dünya yaman sıxır məni. […]
ÇƏKƏNƏ QƏM DÜNYA Zülüm ərşə bülənddi, Həyat feildi, fənddi, Əzrayıl himə bənddi… Ay çəkənə qəm dünya, Çəkməyənə dəm dünya. Kiminin yurdu savaş, Kiminin gözündə yaş, Kiminin ürəyi daş, Ay çəkənə qəm dünya, Çəkməyənə dəm dünya. Birinin başda tacı, Acın puldur amacı, Yox sabaha əlacı, Ay çəkənə qəm dünya, Çəkməyənə dəm dünya. Toxun aca rəhmi yox, […]