Вы просматриваете: Главная >Архив для Mart, 2016

DÖRDLÜK…

İnsanı yaşadır ruhun işığı, O bədən içində can yaraşığı. Sevincə möhtacdır, kədərə miskin, Odur hər insana ömür aşığı… 16.03.2016

NOVRUZDA

NOVRUZDA Yanar el-obada bayram şamları, Gülər qız-gəlinin üzü Novruzda. Qumaşa bürünər el axşamları, Keçməz tonqalların gözü Novruzda. Al-əlvan geyinər gəlinlər, qızlar, Göydə çıraq tutar min-min ulduzlar, «Ruhani» üstündə köklənər sazlar, Aşığın tükənməz sözü Novruzda. Xalçalar sərilər, el yallı gedər, Yurd igidlərinin eşq bağrın didər, Qızlar çərşənbədə qapılar güdər… Həyadan al olar üzü Novruzda. Səməni göyərər […]

DÖRDLÜK

Türkiyə, ruhumun Ata ocağı, Açma namərdlərə isti qucağı. Sənin torpağını qana salanın, Ölüm olacaqdır dayanacağı… 14.03.2016

DÖRDLÜK

İlahi, qəlblərə xöş məram gətir, İnsan ağılında mərhəmət bitir. Dünya göz yaşından qurtulmayırsa, Qopar bədənimdən ruhumu götür. 13.03.2016