Niyə pərçimlənib tutdun kürsünü? Vecinə almırsan umu-küsünü. Xalqın fəryadına qulaq versəydin, Bəlkə oyadardın insan hissini! 17.03.2016
Layiqsiz tutduğu yeri boşaltmaz, Yatmış vicdanını heç vaxt oyatmaz. Ona təsir etməz ahlar, nalələr, Puhunu millətin ruhuna qatmaz… 17.03.2016
SƏN VARSAN, ATA Ataların şərəfinə… Qəzəbin olsa da ildırım, şimşək, Sənsən qibləgahım bu dünyada tək, Eyləmə, tacidar, buna şübhə, şəkk, Ən uca zirvədə pak qarsan, ata! Yaxşı ki, dünyada sən varsan, ata! Bir sərin axşamda gözüm dolardı, Başımın üstünü tufan alardı, Sənsiz mənim halım necə olardı? Sən sərvət, sən dövlət, sən varsan, ata! Yaxşı ki, […]
GÖZLƏMƏ Naqisdən doğruluq, namərddən düzlük, Özünü sevəndən peyman gözləmə. İküzlü adamdan saflıq, təmizlik, Yolundan azandan iman gözləmə. Çox “mənəm” deyənlər özündən dedi, Min-min günahsızın başını yedi, Özgə əməyilə zərxara geydi – Əyri əməllərə zaman gözləmə. Kişilər az gəlib qoca dünyaya, Qanmazlar qananı verib fənaya, Çox dil pəhləvanı yetərək “haya”, Başına ələyər duman, gözləmə. Özündən razılar […]