Вы просматриваете: Главная > Şeirlər > YAZ HAVASI

YAZ HAVASI

 

Əsdirirsən küləkləri,

Oynadırsan ürəkləri,

Qaynadırsan diləkləri,

Bitməz boz ay kələkləri,

Təbiətin can duası,

Yaz havası!

 

Buludları şığırdırsan,

Qarağaları çığırdırsan,

Yeri-göyü bağırdırsan,

Bir az nolar ağır dursan,

Uçar quşların yuvası,

Yaz havası.

 

Titrədirsən şam ağacın,

Dincliyinə yox əlacın,

Heç nəyə yoxmu inancın?

Çərşənbələr başa tacın,

Dəyənyin qış qovası,

Yaz havası.

 

Toz-dumana qarışırsan,

Səmalarla yarşırsan,

Gah küsüb, gah barışırsan,

Öz-özünlə vuruşursan,

Qəzəbini gün ovası,

Yaz havası.

 

Aç üzünü Günəş gülsün,

Üz-gözündən nur tökülsün,

Yanağına od bükülsün,

Alaçalpo, umu-küsün,

Qopsun candan qış davası,

Yaz havası.

 

Küləyə gəl-gəl deyirsən,

Çəkim başa əl deyirsən,

Qasırğaya yel deyirsən,

Tonqal qala el deyirsən,

Tonqalıma olma ası,

Yaz havası.

 

Salma cana heç vicvicə,

Dəlliyinə dözək necə?

Savaş etmə gündüz-gecə,

Dava-dalaş salma becə,

Qaçıb hara getsin küçə?!

Hikkənə qur özün yası,

Yaz havası.

 

Şadımanı sözə çəkdin,

Ocaq çatıb közə çəkdin,

Üstünə ox-nizə çəkdin,

Hay-küyünü üzə çəkdin,

Gəl könlümlə qur təması,

Yaz havası,

Yaz havası.

27.02.2020