Вы просматриваете: Главная > Məqalələr > SÖZÜM SİZLƏRƏDİR, ƏZİZ TƏLƏBƏLƏR

SÖZÜM SİZLƏRƏDİR, ƏZİZ TƏLƏBƏLƏR

 
Əziz tələblər, gələcək sizlərindir, sizlər bizlərin görən gözləri, düşünən beyini, vuran ürəyisiz! Vətənsiz millət zibilliyə atılmış lazımsız əşya kimidir, Vətənmizi və kimliyimizi unutmayaq! Əli insanlarımızın qanına batmış birinə esse yazmamışdan öncə tarixi oxuyun! Başımıza gələn müsibətlərin ən dəhşətlisi yaxın zamanlarda olub, 20 Yanvar faciəsində heysiyyatimiz tapdalanıb, kimliyimiz ayaqlar altına atılıb, o günlərin şahidləri olan bizlər hələ ölməmişik, sağıq! Bəs deyilmi itirə-itirə gedirik? Yevgeni Primakov kimdir? Yevgeni Primakov 1990-cı il “20 Yanvar” faciəsinə görə bilavasitə məsuliyyət daşıyan şəxslərdən biri olub. 1990-cı ilin 20 yanvar tarixində Bakıya sovet qoşunlarının çağırılmasının əsas təşəbbüskarlarından olan Yevgeni Primakov Azərbaycandakı siyasi böhran zamanı sovet hakimiyyətinin işini tənzmləmək üçün Qorbaçov tərəfindən Bakıya göndərilib. Mixail Sergeyeviç Qorbaçov (doğum 2 mart 1931) — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985-1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısıdır. Yevgeni Primakov Azərbaycanın kommunist rəhbərliyinə sovet ordusunun şəhərə girməyəcəyini rəsmi şəkildə bəyan etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. Mixail Qorbaçova yazdığı hesabatda o “Bakıya təcili ordu hissələrinin yeridilməsinin vacibliyi”ni yazıb. 20 yanvarla bağlı qaldırılmış cinayət işində Y. Primakovun adı əsas günahkarlar sırasında qeyd olunurdu. Bu adamın əli birbaşa insanlarımızın qanına batıb…Bakıda keçmiş SSRİ və Rusiyanın ən nüfuzlu dövlət xadimlərindən olan Yevgeni Primakova həsr olunan tədbirlər təşkil olunub. Tədbirlərdən biri Rusiya İnformasiya – Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunan “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi olub. Digər tədbir Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi arasında keçirilən esse müsabiqəsidir.Şəkillərdə gördüyünüz bu adamlar Azərbaycanda yaşayan insanlarımızın mənliyini, ləyaqətini tapdalayan, əli günahsız insanlarımızın qanına batan cəlladlardır, onların faşistlərdən fərqi yox! Onlara esse yox, həcv yazmaq lazım!!! Sizləri bütöv Azərbaycan uğrunda mübariz olmağa səsləyirəm!!!
 
01.11.2019
Şirinxanım Kərimbəyli ŞADİMAN