Вы просматриваете: Главная > Şeirlər > GÖZÜMÜZ YOLUNDA, “ BARIŞ PINARI”

GÖZÜMÜZ YOLUNDA, “ BARIŞ PINARI”

Dönəsən gələsən bizim ölkəyə,
Bəxtimiz qalıbdı bəlkə-bəlkəyə…
Neçə il düçarıq min mərəkəyə,
Qurtar bəlalardan sən bu diyarı,
Gözümüz yolunda, “Barış Pınarı”.

İşğaldan qəlbimiz bağlayıb qubar,
Dərd dərdin üstünə yüklənən anbar,
Biz də qələbəni gəl edək nübar,
Budur yaşammıza həyat meyarı,
Gözümüz yolunda, “Barış Pınarı”.

İşğalın hər üzün görənlərdənik,
İşğalla bir ömür sürənlərdənik,
Ağrı meyvəsini dərənlərdənik,
Axtarmaq olarmı düşməndə arı?!
Gözümüz yolunda, “Barış Pınarı”.

Terroru eşq ilə öyür yağılar,
Haqqı dəyirmanda üyür yağılar,
Şər irşə atdıqca dünya dağılar…
Tükənib xeyirin yəqin ki, barı,
Gözümüz yolunda, “Barış Pınarı”.

Ucalsın göylərə Türkün bayrağı,
Yansın üfüqlərdə haqqın çırağı,
Dilə dastan olsun zəfər sorağı,
Müjdə sevindirsin qoy dostu-yarı,
Gözümüz yolunda, “Barış Pınarı”.

Ədalət yox etsin siyasətləri,
Canilər əlində can alətləri,
Qan töküb, ev yıxan ədavətləri,
Ürəklərin buzu dağların qarı,
Gözümüz yolunda, “Barış Pınarı”.

Şeytan ürəklərin savaşı artır,
Fitvalar çoxalır, göz yaşı artır,
Hər hiylə kökündə, min qəzəb yatır,
Həmişə təklərlər haqqa yanarı,
Gözümüz yolunda, “Barış Pınarı”.

Allahım qorusun Ərdoğanmızı,
Dualar hifz etsin şər boğanmızı,
Ataq başımızdan qoy yorğanmızı,
Ürəyim cığırın bitən çinarı…
Gözümüz yolunda “Barış Pınarı”.

Zaman insafsızdı, Şadiman xəstə,
Çoxdan düşüb qalıb haqqı diz üstə?
Yaradan susqunmu bu qədər qəsdə?!
Bürüyüb cahanı çocuq ah-zarı…
Gözümüz yolunda, “Barış Pınarı”.
Gözümüz yolunda, “Barış Pınarı”.

15.10.2019