Вы просматриваете: Главная > Şeirlər > İŞĞAL ALTDA YURDUMUZ

İŞĞAL ALTDA YURDUMUZ

Hanı Vətən, qılınc çəkən mərd ulun?!
Biz susuruq düşmən atır əl-qolun,
Hamı bilir azıb yağı haqq yolun,
Tapdalayaq ayaq altda şər qulun,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Sözlər daha misralardan yan qaçır,
Səbir daşır, bədənindən can qaçır,
Zaman gedir, vaxt dəyişir, an qaçır,
Kişilikmi bu bəladan can qaçır?!
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Bu nə həyat, ağrılarla dolur qəlb,
Ürək dözmür, infakta yol olur qəlb,
Həqarətdən xəzan təki solur qəlb,
Ölüm-qalım arasında qalır qəlb,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Dözümümüz daha tüktək nazilir,
Bəsdir Vətən təhqirlərlə əzilir,
Ümidimiz cuna kimi süzülür,
Yavaş-yavaş yurdlardan əl üzülür,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Telvizyamız işğal deyib bağırır,
Ermənidən qorxulu şir doğurur,
Qorxaqlığı içimizdə yoğurur,
Qulaq nalan, gözlər talan, yox uğur,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Rus tulasın üstümüzə qısqırdır,
İçindəki şər-şeytanın asqırdır,
Ermənini tirbunadan qışqırdır,
Soydan gələn fəsadını hayqırdır,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Biz nə qədər susmalıyıq vəhşətə?!
Şəhid ruhlar ah-vay edir dəhşətə,
Harınların ağlı qızıb işrətə,
Qan uddurur bu müsibət millətə,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Can ürəyi çəkir dara kökündən,
Çoxu qaçır bahadurluq kökündən,
Nalə qopur yerin-göyün tərkindən,
Azğın yağı ayrılarmı heç kindən?!
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Biz nə qədər sızıldayıb ağlayaq?!
Ümidləri sabahlara bağlayaq,
Aramızda asıb-kəsib çağlayaq,
Şərə uyan dil-ağızı yağlayaq,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Ürəyimiz yerbəyerdən çatlayır,
Can dözməyir bu fərağa partlayır,
Ermənini ağaları atlayır,
Şər həmişə haqqın dizin qatlayır,
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

Şadimanı səbir kəsir bıçaqtək,
Yoxdu bizdən bu dünyada qaçaqtək…
Hiddət yanır sinələrdə ocaqtək,
Vətən bizə isti, doğma qucaqtək!
Ay həzarat, işğal altda yurdumuz,
Niyə susur, tərpənməyir Ordumuz?!

09.10.2019