Вы просматриваете: Главная > Şeirlər > İKİLİKLƏR

İKİLİKLƏR

Həyat imtahanı çox ağır sınaq,
Hər addım gözləyir bizləri qınaq…

14.05.2019

Insanın üzü mindi,
Onu gizləyən dindi…

08.06.2019

Sözüm səni özümə çəkdim,
Sənsə məni dözümə çəkdin…

15.06.2019

Ömür insan sınağı,
Qazanmayaq qınağı…

19.06.2019

Gün gündən hökmlüdür,
Hər ömrü çəkimlidir…
30.06.2019

Ağıla gəlməyən dildən keçməyir,
Ağıl işləməsə dil söz seçməyir…
08.07.2019

Yalan ayaq tutub rəqs edir burda,
Bizimtək yalana eşq edən harda?…

14.07.2019

Ürək canı daşıyandı,
Canı içdə yaşıyandı…

10.08.2019

Sabahın gəlişin oxşayır gecə,
Sübhün gəlişiylə girəcək küncə…

24.07.2019

Ayağa yox, başa eylə səcdəni,
Baş ərmağan edər sənə müjdəni…

17.09.2019