Вы просматриваете: Главная > Şeirlər > ÖMRƏ QISILIB QALMIŞAM

ÖMRƏ QISILIB QALMIŞAM

 

Ömrə qısılıb qalmışam

Yetən adamı daşlayır.

Gündən asılı qalmışam,

Gözümü həsrət yaşlayır.

 

Gün vurur ahım üstünə,

Gələn sabahım üstünə,

Allah, günahım üstünə,

Ürək ağrını aşlayır…

 

Ürəyim necə ürəkdir?!

Canıma, sanki, kələkdir,

Könlü sovuran küləkdir,

Girib sinəmdə qışlayır.

 

Səbrim qalmayıb nazına,

Dönmüşəm sınıq sazına,

Can buna necə qızına?

Ağrısı candan başlayır…

06.07.2019