Вы просматриваете: Главная > Şeirlər > İLAHİ, EYLƏ MƏNƏ EŞQÜVÜ İZHAR

İLAHİ, EYLƏ MƏNƏ EŞQÜVÜ İZHAR

 
İlahi, eylə mənə eşqüvü izhar, gəlirəm,
Bil ki, səcdə evinə aşiq olan var, gəlirəm.
 
Pak odunla alışıb yanmağa hazırdı könül,
İstəsən eyləyərəm eşqimi mən car, gəlirəm.
 
Bu həyat aləminə olmadı amadə ürək,
Eləyib dilimi lal, qulağımı kar, gəlirəm.
 
Sənin atəşini çox hifz eləyib cövr edirəm,
Elə bu aşqini hücrənə dildar, gəlirəm.
 
Axıdıb gözlərimin yaşını bu dövrü-cahan,
Elədim ömrü boyu haqqına ilqar, gəlirəm.
 
Can deyib canıma düşmən elədim aləmi mən,
Günümü aha büküb eylədilər dar, gəlirəm.
 
İlahi, mən çəkəni çəkməsin heç bəndələrin,
Hörülüb yollarıma sədd dolu duvar gəlirəm.
 
Axıdır gözlərimin yaşlarını həsrət odu,
Çoxalıb dərya təki aləmi suvar, gəlirəm.
 
Şadimana çox dedim, götürmədi ibrətini,
Ömrümü zülmə salıb daddılar min bar, gəlirəm.
04.07.2019