Вы просматриваете: Главная > Şeirlər > CİBİ BOŞDU

CİBİ BOŞDU

Cibi boşdu, könlü dolu,
Şairi qınaq etməyin.
Bir ürək verib Allahı,
Təcürbə, sınaq etməyin.

Onsuz da yanıb köz olub,
Hər addımı bir söz olub,
Hamının sözü döz olub,
Dözməyə qonaq etməyin.
17.06.2017