Вы просматриваете: Главная > Şeirlər > SƏN MƏNİM NEYİMƏ AŞİQ OLMUSAN?

SƏN MƏNİM NEYİMƏ AŞİQ OLMUSAN?

Tükədib zamanə bahar eşqimi,

Səndəmi ağrıma meyil salmısan?!

Tale bitirməyir dərdlə məşqimi,

Sən mənim neyimə aşiq olmusan?!

 

Gözümdən qəm axır, dilimdən ağı,

Bitmir ürəyimin ahu-fərağı,

Qan damır könlümün kədər varağı,

Sən mənim neyimə aşiq olmusan?!

 

Keçir ömür-günüm ağrı içində,

Kədər can bəsləyir bağrı içində,

Ümid arayıram şeytanda, cində,

Sən mənim neyimə aşiq olmusan?!

 

Artıq istəmirəm tənimdə canı,

Doğurur içimdə hiss-həyəcanı,

Mən özüm yoğurdum canda hicranı,

Sən mənim neyimə aşiq olmusan?!

 

Unuda bilirsən, unut sən məni,

Onsuz da udacaq bir gün çən məni,

Bölüb acılarım daha tən məni,

Sən mənim neyimə aşiq olmusan?!

 

Qınama, əzizim, sən Şadimanı,

Div təki qalıbdı şüşədə canı,

Gəzdirə bilmirəm hiss-həyəcanı,

Sən mənim neyimə aşiq olmusan?!

20.05.2019