Вы просматриваете: Главная > Şəkillər > DÖRDLÜKLƏR…

DÖRDLÜKLƏR…

Doydura bilmirsən məmur qarnını,

Soyub talayırlar hər gün varını.

Vətən, insanların ac-yalavacdı,

Səni yazıq edir yurdun harını!

**

Daxili gözəllik üzdə görünür,
İnsanın kimliyi sözdə görünür.

Kirpitək qınına çəksəndə başı,

Etdiyin əməllər düzdə görünür.

21.01.2017

Şirin Xanım Kərimbəyli Şadiman