Вы просматриваете: Главная >Архив для İyun, 2020

KORONAVİRUS

Bilməm doğulmusan, yoxsa doğublar…? Üzülür, dözməyir can, Koronavirus. Həyata dərd dolu kədər yığıblar, Önündə qul olub an, Koronavirus.   Havaya bağlıdır ürək odumuz, Gəlmisən qaçıbdı ağız dadımız, Çıxıb yadımızdan daha adımız, Salmısan araya qan, Koronavirus.   Dünyanın nizamın niyə pozmusan? Dönüb məhvərindən yolu azmısan, Qəzəbli şir kimi yaman qızmısan, Tutubdu gözünü qan, Koronavirus.   Yığıb […]

DÖRDLÜK

Eyləmə, ey ürək, ağrıya maraq, Ağrı verməz sənə uğurdan soraq. Gəl çəkək bir yerdə ömür yükünü, Xətanı yendirək, xeyrə baş vuraq. 07.06.2020

DÖRDLÜK

Bəzən ümidlər də sönür şam təki, Bürünür zülmətə bir axşam təki. Tələsik keçəndə eniş, yoxuşu, Düşür parça-parça olur cam təki. 05.06.2020