Вы просматриваете: Главная >Архив для May 26th, 2020

VƏTƏN DEDİLƏR

Vətən, səni tikə-tikə, parça-parça yedilər, Utanmadan, çəkinmədən sənə Vətən dedilər… Çalxatdılar içindəki göz yaşını nəhirtək, Boğazlarda kilidləndin hönkürməyən qəhərtək… Araz boyda kədər oldun bağrımızda nə vaxtdı, İçi ulusun qarışıq qara elədik baxtı. İndi sənə barmağını silkələyir gədələr, Səni udmaq diləyiylə eşqə düşüb mədələr. Torpağının ortasında xain yuva saldılar, Bu minvalla hissə-hissə hər neyin var aldılar. […]