Вы просматриваете: Главная >Архив для May, 2020

QARSIZ GƏLDİN YENİ İL  

Bu ildə yeni ili qarsız qarşıladıq biz, Qar topu əvəzinə bir-birin daşladıq biz. Kimi qeybət elədi, kimi alqış eylədi, Kimi də bir-birinə çoxlu qarqış eylədi. Kiminin süfrəsində nemətlər aşıb daşdı, Kimi də boş süfrədə Tanrıyla pıçıllaşdı. Yaradana şükürlə başa vurdu bu günü, Çıxdı çölə kababın iyi tutdu köksünü. Ağız-burnun bağlayıb tez tələsdi içəri, Dedi: Allah […]

DÖRDLÜK

Ömür bulaq təki qaynayıb axır, İnsan ötən günün dalınca baxır. Ötən gün xatirə, gələn gün sınaq, İkisi də ürəkdə izin buraxır… 31.05.2020

İSTİQLALIN SORAĞI

İstiqlalımızın Öndəri Məmməd Əmin Rəsulzadəyə…   Azərbaycan davasıyla gəzdin ölkəbəölkə, Hər cür ağrı-acılara dözdün ölkəbəölkə, Pak bağrını əzablarla üzdün ölkəbəölkə, İstiqlalı ürəyində yaşatdın, Məmməd Əmin, Qəlbdə şanlı heykəlini ucaltdın, Məmməd Əmin.   Ey millətin fədaisi, ey başı uca öndər, Köləliyə üsyan dedin, düşdün yurddan dərbədər, Yaratdığın cümhuriyyət sanma ki, oldu hədər, Könlümüzün şərəf dolu havası […]

BAYRAĞIM

“Bir kərə yüksələn bayraq, bir daha enməz…” Məmməd Əmin Rəsulzadə Həsrət ilə xəyallarda alışdığım, yandığım, Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım, Vüsalını uyğularda cəfalarla sandığım, Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım, O əzablı tale ilə qardaşlaşan bayrağım. Başın üstən fəlakətlər əsib keçdi yel kimi, Qabarman da, çəkilmən də dağdan aşan sel kimi, Taleyin də dərdli imiş […]