Вы просматриваете: Главная >Архив для Noyabr, 2019

DÖRDLÜK

İnsana Allahtək eyləyən səcdə, Gələr etdiyindən günbəgün vəcdə. Etdiyi səcdəyə alüdə olar, Zənn edər bu ona İlahi müjdə! 29.11.2019

DÖRDLÜK

Həyatın bəzəyi insandır, insan, Gerizehinliyə olmayaq ehsan. Boğmasın heç kimi dünyada heç vaxt, Buludtək gözlərdən tökülən leysan!…. 27.11.2019

QUL OLMAQ DÜNYADA ƏN AĞIR CƏZA

Qul olmaq dünyada ən ağır cəza, Başından ötüşməz heç zaman qəza. Unutmaz ağanı çıxsa da canı, Dolaşar bağırında qul həyəcanı. Hər qul ağasına endirər başın, Artırar içində daim təlaşın. Üzündən, gözündən çaşqınlıq yağar, Qorxu hissi onu dəmbədəm boğar. Beyninə həkk olar ağanın əmri, Qorxudan çıxarda bilməz səs-səmri. Qəlbində saraylar tikər hakimə, Əzilmək, kiçilmək yarlıq məhkuma. […]

BÜTÖVLƏŞ AZƏRBAYCAN

Bü gün Dirçəliş günündür, kaş bütöv Dirçəlişini görəydim, VƏTƏN…. BÜTÖVLƏŞ AZƏRBAYCAN Sənin yarımçıqlığın qəlbimizə yaradır, Əldən getmiş yurdların bil ki, hardan haradır… Haqqını almayanın daim üzü qaradır, Yalnız bütövləşməyin yaralara çaradır, Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan! Çal Xətai havanı bülövəş, Azərbaycan! Haqsızlığı qandalla bütövləş, Azərbaycan! Kimliyimiz illərdi adımızdan silindi, Dostun, düşmənin kimdi, aşkar olub bilindi, […]