Вы просматриваете: Главная >Архив для Oktyabr, 2019

DÖRDLÜK

Həyat imtahanı çətindən çətin, Fələyə bağlama can səadətin. Addımı elə at yıxılmayasan, Yıxılmaq olmasın heç vaxt adətin! 29.10.2019

DÖRDLÜK

Unutma ötəcək hər dəqiqəni, Tənbəllik yuxuya verməsin səni. Yerində saymayır heç kimin ömrü, Əl atıb qaldırmır həyat yenəni…. 28.10.2019

DÖRDLÜK

Enişdən yoxuşa gedən yol qısa, Söz daim can atır dillə təmasa. İdrakdan aslıdır həyat yaşamı, Sağ ikən ömrünü batırma yasa… 25.10.2019

LAZIM GƏLİB ÇIXMAYIR

  Gözlərimiz dikilibdi yoluna, Can yandırmır heç millətin halına, Şələləyib ümidmizi dalına, Üz döndərib bizə tərəf baxmayır. Gözləyirik lazım gəlib çıxmayır.   İşğal altda yurdlarımız dağılır, İçimizdə qisas hissi boğulur, Təslimçilik qanımızda doğulur, Səsləyirik gəlib bizi yolxmayır, Gözləyirik lazım gəlib çıxmayır.   Bu lazımın ürəyinə ox batsın, Yatıbsa da yuxudan ah oyatsın, Çağırırıq dadımıza qoy […]