Вы просматриваете: Главная >Архив для Sentyabr 13th, 2019

İKİLİKLƏR

Həyat imtahanı çox ağır sınaq, Hər addım gözləyir bizləri qınaq… 14.05.2019 Insanın üzü mindi, Onu gizləyən dindi… 08.06.2019 Sözüm səni özümə çəkdim, Sənsə məni dözümə çəkdin… 15.06.2019 Ömür insan sınağı, Qazanmayaq qınağı… 19.06.2019 Gün gündən hökmlüdür, Hər ömrü çəkimlidir… 30.06.2019 Ağıla gəlməyən dildən keçməyir, Ağıl işləməsə dil söz seçməyir… 08.07.2019 Yalan ayaq tutub rəqs edir […]

YANĞILAR

Gün ömrü daşıyır, Can içində yaşıyır… Həyat acılarından Bizlə birgə üşüyür… 10.08.2019 Dil qılınctək kəsər də, Vaxt olar ki, küsər də. Alar ağıldan dərsi, Boy göstərər əsərdə… 21.08.2019 Ov-yev, bizi ovlamısan, Dilə tutub tovlamısan, Yox edib kimliyimizi, Dərəyə yuvarlamısan… 29.08.2019 Ümid özünə bağlı, Ürək közünə bağlı. Nə olur olsun, amma, Ömür yormasın ağlı… 29.08.2019

DÖRDLÜKLƏR

Nağıllar nağılı əvəz eyləyir, Artır gündən-günə həvəs eyləyir. Yapışır ürəkdən ümidlərimiz, Həyata həvəsçün nəfəs eyləyir… 27.04.2019   Həyat necə gözəldi, bunu duyanlar bilir, Diləklərin uğruna imza qoyanlar bilir. Ömür cana əmanət, sona qədər anlayıb onun dəqiqəsini barat sayanlar bilir… 04.05.2019   Ölümdən betərdi inamı qırmaq, Ağrılar içində könlü qovurmaq. Heç kəsin iç üzü bəlli deyildir, […]